Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.12.2016

Şəkidə növbəti maarifləndirmə tədbiri baş tutub

Dekabrın 8-də Şəki şəhər 5 saylı tam orta məktəbində DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsi, Şəki şəhər rayon polis şöbəsi və Şəki şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və onun fəsadları, narkomaniya, erkən nikah və yol hərəkəti qaydaları” mövzusunda  maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Şəki şəhər rayon polis şöbəsinin rəis müavini Vüqar Xəlilov, Şəki şəhər Təhsil şöbəsinin baş məsləhətçisi Cumay Kərimov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Filyar İbrahimova mövzuların əhəmiyyəti haqqında danışıb.
Şəki şəhər rayon polis şöbəsinin rəis müavini Vüqar Xəlilov narkomaniya və onun zərərləri, onun insana, ailəyə və cəmiyyətə vurduğu ziyanlardan söz açaraq bildirib ki, narkomaniya həm də cinayət əməllərinə yol açır.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev məruzəsində dini radikalizm, qeyri-ənənəvi dini cərəyanların zərərləri haqqında gənclərə məlumat verərək radikallığın İslam dinində qəbul edilmədiyini diqqətə çatdırıb.
Şəki şəhər rayon polis şöbəsinin DYP xidmətinin baş inspektoru Tural Niftaliyev yol hərəkəti qaydaları ilə bağlı məktəblilərə ətraflı informasiya verib.
Tədbirdə çıxış edən Şəki şəhər Təhsil şöbəsinin baş məsləhətçisi Cumay Kərimov günün aktual məsələlərindən olan erkən nikah və onun fəsadlarından söhbət açıb. Natiq tədbirdə müzakirə olunan məsələlərə münasibət bidirərək, tədris müəssisələrində mütəmadi maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.
Sonda  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.