Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
30.09.2019

Şəkidə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib

Sentyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə  “Narkotik vasitələrin qəbulu və yayılmasına qarşı mübarizə: hüquqi və mənəvi müstəvidə” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Taleh Abdullayev, müəllimlər və şagirdlər  iştirak ediblər.

Çıxışlar zamanı narkomaniyaya qarşı mübarizədə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib. Narkomaniyanın bir xəstəlik olduğu və bununla mübarizədə maarifləndirmənin əhəmiyyəti diqqətə çatdırılıb. Bu problemin həllində əsas addımlardan birinin yeniyetmə və gənclər arasında maarifləndirmə işinin genişləndirmək olduğu vurğulanıb.

Çıxışlardan sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.