05.07.2016
Şəkidə “Multikultural cəmiyyətdə dini ekstremizmlə mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilib
İyulun 5-də Gənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə dini ekstremizmlə mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirilib. Tədbirdə Gənclər və İdman Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmiləri, adları çəkilən qurumların yerli sturukturlarının təmsilçiləri, Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov açaraq gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmanın təmin edilməsi, gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi üçün maarifləndirici tədbirlərin keçirilməsinə böyük ehtiyacın olması barədə danışıb.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov və digərləri ölkədə mövcud dövlət-din münasibətləri, xalqımızın zəngin tolerantlıq ənənəsi, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərimizə qayıdış prosesinin özünəməxsusluğundan, zərərli dini cərəyanların təbliğat metodları və onlara qarşı həyata keçirilən tədbirlərdən danışıb, dini radikalizmlə mübarizədə gənclərin rolunun xüsusi əhəmiyyət kəsb etdiyini bildiriblər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış və dini ekstremizmin yaranma səbəblərinə və fəsadlarına həsr olunmuş ”Fitnə” filminin nümayişi olub.
.png)
.png)
.png)
.png)
.png)
.png)