07.12.2016
Şəkidə “İslam sülh dinidir” mövzusunda tədbir keçirilib
Dekabrın 7-də Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta mətəbdə Şəki şəhəri Mərkəzi Cümə məscidi dini icması tərəfindən həyata keçirilən “Dini radikalizmlə mübarizə hər birimizin borcudur” layihəsi çərçivəsində “İslam sülh dinidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev və əməkdaşı Elvin Qarayev, Şəki şəhəri Mərkəzi Cümə məscidinin imamları Əlyəsə Əslanov və Müşfiq Xəlilov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbin direktoru Bəkir Xəlilov mövzunun əhəmiyyətindən bəhs edib.
Daha sonra DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün Prezidentin Ehtiyat Fondundan Komitəyə 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə paytaxtda və bölgələrdə tədbirlər təşkil olunur. O, həmçinin qeyd edib ki, dini radikalizmə qarşı mübarizədə ən mühüm vasitə maarifləndirmədir və gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və İslam dininin sülh dini olması gələcək nəsillərə çatdırılmalıdır.
Şəki şəhəri Mərkəzi Cümə məscidinin imamı Müşfiq Xəlilov çıxışında bildirib ki, Azərbaycan tarixən ənənəvi İslam dəyərlərinə sadiq olub və dini radikalizm heç vaxt Azərbaycan cəmiyyətində özünə yer tapmayacaq. İslam dininin sülh dini olması, milli-mənəvi dəyərlərimiz, dini radikalizmin fəsadları, radikal-ekstremist ünsürlərin cəmiyyətimiz, dövlətçiliyimiz üçün yaratdığı təhlükələr və dini sahədəki digər aktual məsələlərə də imam çıxışında geniş yer verib.
Sonra Cümə məscidinin imamı Əlyəsə Əslanov mövzu ilə bağlı hədislər və ayələrdən misallar gətirib.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.
%20(2).jpg)
%20(1).jpg)
%20(2).jpg)
%20(1)(1).jpg)
(1).jpg)