21.12.2016
Şəkidə “Ənənəvi İslamda orta yol” mövzusunda tədbir keçirilib
Dekabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Cunud kənd məscidi dini icmasının həyata keçirdiyi “Dini radikalizmlə mübarizədə ənənəvi İslam dəyərlərinin öyrənilməsi və təbliği” layihəsi çərçivəsində Şəki rayonu Aşağı Layısqı kənd orta məktəbində “Ənənəvi İslamda orta yol” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, şöbənin əməkdaşı Elvin Qarayev, Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov, Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov, Şəki rayonu Cunud kənd məscidi dini icmasının sədri Abbas Əliyev, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Aşağı Layısqı kənd orta məktəbinin direktoru Fərrux Məmmədli tədbirin məqsədi və əhəmiyyəti haqqında danışıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev isə dini radikalizm, qeyri-ənənəvi dini cərəyanlar, dini ekstremizm və onun fəsadları haqqında ətraflı məlumat verib. O qeyd edib ki, radikal dini ideyaların yayılmasının qarşısının alınmasında məqsədyönlü maarifləndirmə işinin aparılması, yetişməkdə olan gənc nəslə milli-mənəvi dəyərlərimizin və vətənpərvərlik ruhunun düzgün şəkildə aşılanması vacibdir.
Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov öz çıxışında ənənəvi İslam dəyərləri, dinimizdə “orta yol” anlayışı, İslam dininin elmə və təhsilə verdiyi önəm haqqında geniş söhbət açıb.
Şəki şəhər Mərkəzi Cümə məscidinin imamı Əlyəsə Əslanov öz çıxışında ənənəvi İslam dəyərləri, dinimizdə “orta yol” anlayışı, İslam dininin elmə və təhsilə verdiyi önəm haqqında geniş söhbət açıb.
Daha sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Sadiq Yusifov dini radikalizmin qarşısının alınmasında ən mühüm addımın maarifləndirmə olduğunu qeyd edərək həm dini, həm də dünyəvi təhsilin əhəmiyyətindən danışıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.