09.06.2016
Şəkidə ‘’Azərbaycanda insan hüquqlarına multikultural dəyərlərdə baxış” mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən bölgələrdə “İnsan hüquqları aylığı’’ çərçivəsində tədbirlər keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Şəki İslam Mədrəsəsində “Azərbaycanda insan hüquqlarına multikultural dəyərlərdə baxış” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev, Şəki şəhər Mərkəzi Cümə məscidinin imamları Əlyəsə Əslanov, Müşfiq Xəlilov, Şəki İslam Mədrəsəsinin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Elvin Qarayev çıxışında insan hüquqlarına və ölkəmizdə mövcud olan multikultural dəyərlərə toxunub.
Tədbirdə, həmçinin Şəki şəhər Mərkəzi Cümə məscidinin imamları və Şəki İslam Mədrəsəsinin müəllimləri də çıxış edərək insan hüquqlarına və multikulturalizm ənənələrinə dini nöqteyi nəzərdən verilən önəmdən danışıblar.
.jpg)

