Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.01.2017

Şəkidə 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Yanvarın 20-də Şəki İslam Mədrəsəsində 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibəti ilə anım tədbiri keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Şəki İslam Mədrəsəsinin müdiri Rəhman Nuri, mədrəsənin müəllim və şagirdləri, dini xadimləri və qonaqlar iştirak ediblər.
Tədbirdə şəhidlərin əziz ruhuna Qurani-Kərim tilavət olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şəki İslam Mədrəsəsinin müəllimi Calal Calalov anım tədbirində çıxış edərək 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakı küçələrində törətdiyi qətliam haqqında ətraflı danışıb. Mədrəsənin müəllimi Tərlan Lətifov Qurani-Kərim ayələrinə və Hədisi-Şəriflərə istinad edərək İslam dininin şəhidlərə verdiyi önəm haqqında geniş söhbət açıb.
Daha sonra Şəki İslam Mədrəsəsinin şagirdlərinin ifasında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş şeirlər söylənilib, ədəbi-bədii kompozisiyalar və video çarxlar nümayiş etdirilib.