Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.04.2018

Şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir

Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə "Vətənpərvər gəncliyin dini radikalizmə qarşi mübarizəsi" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Gəncə şəhər 25 saylı tam orta məktəbdə keçirilən tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, Gəncə ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Ayxan Babayev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Rəhman Quliyev, aprel döyüşləri zamanı şəhid olan Fərman Əsədlinin ailə üzvləri, eləcə də müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə çıxış edən Gəncə ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Ayxan Babayev bildirib ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir.
DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev isə aprel döyüşləri zamanı düşmənin təxribatına qarşı cəmiyyətimizin həmrəyliyindən, xalqın ordumuzun zəfər qazanacağına inamından söhbət açıb. O qeyd edib ki, igid əsgərlərimiz qanı, canı bahasına xalqın onlara olan bu etimadını doğruldub. Dünya ictimaiyyəti bu döyüşlərdə Azərbaycan ordusunun şücaətini görüb, sülh danışıqları fayda verməyəcəyi təqdirdə ordumuzun hər an hərb yolu ilə torpaqlarımızı azad etmək iqtidarında olduğunu anlayıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub. Sonda isə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.