Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.12.2017

“Şəhadət” sənədli filmi Salyan məktəblilərinə nümayiş olunub

Dekabrın 8-də Salyan şəhəri 2 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhadət” sənədli filmi nümayiş etdirilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Salyan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, Salyan rayonu Gənclər və İdman idarəsinin rəisi Araz Hüseynov, məktəb müəllimləri, şagirdlər və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev filmin əhəmiyyətindən danışaraq bildirib ki, son bir neçə ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işləri aparılır. Vurğulayıb ki, bu baxımdan DQİDK-nın sifarişi ilə hazırlanan “Şəhadət” sənədli filmi böyük əhəmiyyətə malikdir və bu kimi sənədli filmlərin nümayişi gənclərə öz müsbət təsirlərini göstərəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov çıxışında qeyd edib ki, film dini radikalizmə qarşı mübarizə istiqamətində çəkilib.