02.11.2017
“Şəhadət” sənədli filmi məktəblilərə nümayiş etdirilib
Noyabrın 2-də Sumqayıt şəhəri 3 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, 3 saylı tam orta məktəbin direktoru Ülkər Çəndirli, müəllimlər və şagirdlər iştirak ediblər.
Məktəb direktoru Ülkər Çəndirli gənclərin maarifləndirilməsi, onların sağlam, savadlı, milli və dini dəyərlərimizə sadiq, vətənpərvər ruhda tərbiyə olunmaları istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimiz hər bir gənc üçün nümunə olmalıdır. O, şəhidlərimizin ölməz xatirəsinə həsr olunmuş “Şəhadət” filminin gənclərə yad, zərərli düşüncələrdən uzaq, vətənpərvər olmaq yolunda bələdçi olacağını bildirib.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov dini radikalizm və onun fəsadları barədə söhbət açıb, təəssüf hissi ilə bildirib ki, bu kimi mənfi meyillər Azərbaycandan da yan keçməyib. Radikal dini qrupların təsiri altına düşən insanlar ölkədən kənarda silahlı münaqişələrdə iştirak edib və əksəriyyəti də orada məhv olub. O, həmçinin gənclərimizi dini ekstremizm və xurafatın zərərli təsirlərindən qorumaq, onları Vətənə, dövlətə bağlı vətəndaş kimi formalaşdırmaq üçün uğurlu maarifləndirmə işi aparıldığını bildirib. Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Şəhadət” sənədli filmi də bu baxımdan əhəmiyyətlidir.
Sonda film nümayiş etdirilib və iştirakçıların sualları cavablandırılıb.
***
Filmin növbəti nümayişi Xırdalandakı 5 saylı tam orta məktəbdə olub. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov maarifləndirmə tədbirlərinin tərkib hissəsi olaraq ərsəyə gətirilən “Şəhadət” sənədli filminin Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunduğunu diqqətə çatdırıb. Filmdə, həmçinin dini fanatizm, radikalizm qurbanı olmuş şəxslərin dövlət və cəmiyyət üçün necə təhlükəli olduğunun göstərildiyini deyib.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı İsmayıl Cəfərov maarifləndirmə tədbirlərinin tərkib hissəsi olaraq ərsəyə gətirilən “Şəhadət” sənədli filminin Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunduğunu diqqətə çatdırıb. Filmdə, həmçinin dini fanatizm, radikalizm qurbanı olmuş şəxslərin dövlət və cəmiyyət üçün necə təhlükəli olduğunun göstərildiyini deyib.
Daha sonra çıxış edən məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Famil Əliyev filmin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə böyük töhfə olduğunu bildirib. O, Dövlət Komitəsinin bu istiqamətdə həyat keçirdiyi işləri yüksək qiymətləndirərək belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)