Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.10.2017

“Şəhadət” sənədli filmi kollec tələbələrinə nümayiş etdirilib

Oktyabrın 24-də Ağdam Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi Ağdam Dövlət Sosial-İqtisadi Kollecində nümayiş etdirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev, Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Natiq Cavadov, müəllim və tələbələr, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Mehman Mustafayev “Şəhadət” sənədli filminin əhəmiyyətindən danışaraq bildirib ki, film dini radikalizmə qarşı mübarizə istiqamətində çəkilib və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyətə malikdir. O, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlıqlarına və xatirəsinə həsr olunan filmdə dini radikalizmin törətdiyi fəsadların diqqətə çatdırıldığını deyib.
Daha sonra “Şəhadət” sənədli filmi nümayiş olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.