03.11.2017
“Şəhadət” sənədli filmi Dövlət Sərhəd Xidməti Akademiyasında nümayiş etdirilib
Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən "Şəhadət" sənədli filmi Dövlət Sərhəd Xidməti Akademiyasında nümayiş edilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Sərhəd Xidməti Akademiyasının rəhbərliyi, təhsil ocağının zabit və kursant heyəti iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxışında dini sahədə maarifləndirmənin radikallıqla mübarizənin əsas metodlarından biri olduğunu qeyd edib. Sədr müavini bu sahədə cəmiyyətdə, xüsusilə gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğinə xüsusi önəm verilməsinin əhəmiyyətinə toxunub. Ölkəmizdə dini radikalizmə qarşı həyata keçirilən maarifləndirmə tədbirlərinin effektivliyinin artırılması, vətənpərvərliyin təbliği və təşviqi məqsədilə hazırlanan "Şəhadət" filminin önəmindən danışıb. Bildirib ki, filmdə Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı, qəhrəmanlığın gətirdiyi fəxarət hissi təbliğ olunur, digər tərəfdən isə radikalizmin cəmiyyət, dövlət, ailə üçün hansı faciələrə səbəb olduğu real faktlarla tamaşaçılara təqdim edilir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu milli siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi xüsusi qeyd olunub və dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin zəruriliyi vurğulanıb.
.jpg)
(1).jpg)
.jpg)