Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.12.2017

"Şəhadət" filmi Zaqatalada nümayiş etdirilib

Dekabrın 13-də Qax şəhər 1 nömrəli orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş dini maarifləndirici mövzulu “Şəhadət” sənədli filminin  təqdimatı keçirilib.
Qax Rayon İcra Hakimiyyətinin (RİH), DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin və Qax Rayon Təhsil Şöbəsinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə Dövlət Komitəsinin Zaqatala  bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Orxan Səmədov və məktəbin 10-11-ci sinif şagirdləri  iştirak ediblər.
DQİDK-nın Zaqatala  bölgəsi üzrə şöbəsinin əməkdaşı T.Nəzərov və  Qax RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı O.Səmədov müasir dövrümüzdə baş verən proseslər, milli-mənəvi dəyərlərimiz və dini ekstremizmin fəsadları haqqında şagirdlərə məlumat veriblər. Sonra “Şəhadət” sənədli filmi nümayiş etdirilib.