Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.11.2017

"Şəhadət" filmi Zaqatalada nümayiş etdirilib

Noyabrın 24-də  Zaqatala Mədəniyyət evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Tədbirdə ADİU-nin Zaqatala filialının, APU-nun Şəki Filialının, Zaqatala Dövlət İdarəetmə və Texnologya Kollecinin, Zaqatala Peşə məktəbinin tələbələri, mədəniyyət, təhsil və səhiyyə işçiləri, digər təşkilatların nümayəndələri, gənclər iştirak ediblər.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov çıxış edərək filmin çəkilişi və məqsədləri barədə iştirakçılara məlumat verib. Vətənpərvərlik və şəhadət mövzularına toxunan natiq radikal dini cərəyanların şəhadət adı ilə dünyanın müxtəlif bölgələrində insanları aldatdığını və onları öz sıralarına cəlb etdiyini bildirib. O, hər bir Azərbaycan vətəndaşının vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda canını verməyə hazır olduğunu vurğulayaraq 2016-cı ilin aprel ayında qəhrəman oğullarımızın öz qanları ilə bunu bir daha sübut etdiklərini diqqətə çatdırıb.