06.11.2017
"Şəhadət" filmi Xətai məktəblilərinə nümayiş olunub
Noyabrın 6-da Xətai Rayon İcra Hakimiyyəti (Xətai RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Xətai rayonu Zakir Yusifov adına 194 nömrəli tam orta məktəbində Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub. Tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev və Fidan Aslanova, məktəbin direktoru Əliyusif Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Əliyusif Əliyev təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov və DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Vasif Musayev çıxışlarında bildiriblər ki, “Şəhadət” filminin hazırlanmasında məqsəd gənclərin, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdir. Natiqlər Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinin yad edildiyi, həmçinin, dini fanatizm və radikalizmin təsirinə məruz qalmış, xarici ölkələrdəki ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən də bəhs olunan filmin maarifləndirmə işinin aparılmasında önəmli yeri olduğunu diqqətə çatdırıblar.
Filmin nümayişindən sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.