Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.10.2017

"Şəhadət" filmi Sumqayıt məktəblilərinə nümayiş olunub

Oktyabrın 26-da Sumqayıt şəhəri 1 saylı tam orta məktəbində DQİDK-nin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş etdirilib.  Tədbirdə 1 saylı tam orta məktəbin direktoru Müqabil Abbasov, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov, müəllimlər və şagirdlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Müqabil Abbasov gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin önəmini qeyd  edib, belə tədbirlərin daha çox keçirilməsinin vacibliyini bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov bildirib ki, bu gün dünyada İslam və digər dinlərdən məkrli planlar üçün istifadə edən radikal qüvvələr var. Natiq dini radikal qüvvələrin cəmiyyət, xüsusilə də gənclər arasında təbliğatının qarşısının alınmasında maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edib.
“Şəhadət” filmi haqqında da məlumat verən Ülvi Məmmədov bildirib ki, film Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə həsr olunub
Daha sonra filmə baxış keçirilib və film ətrafında müzakirələr aparılıb.