Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.11.2017

“Şəhadət” filmi Bərdədə nümayiş etdirilib

Noyabrın 17-də Bərdə Bərdə rayon Dövlət İdarəetmə və Texnologiya Kollecində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Şəhadət” filmi nümayiş etdirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Rahib İbrahimov, Bərdə rayon Dövlət İdarəetmə və Texnologiya Kollecinin müdir müavini Xosrov Musayev və bu təhsil ocağının tələbələri iştrak ediblər.
Ölkəmizin müstəqilliyi və işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən kollecinin müdir müavini Xosrov Musayev “Şəhadət” filminin gənclərə vətənpərvərlik hissi aşılanmasında xüsusi rolu olduğunu bildirib. Qeyd edib ki, radikal və ekstremist dəstələrə qoşulub yad torpaqlarda ölməkdənsə,  öz vətən torpağı uğrunda vuruşub şəhid olmaq daha üstündür.
Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Rahib İbrahimov xalqımızın milli dirçəliş mübarizəsindən, azadlıq savaşından, bu mübarizədə canından keçmiş vətən övladlarının şücaətindən danışıb. Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə" və “Vandalizm" filmləri barədə də qısa məlumat verən natiq vətənimizin bütövlüyü uğrunda özünü fəda etmiş şəhidlərimizin hər bir azərbaycanlı gəncə örnək olduğunu bildirib.
Nümayişindən sonra kollecin tələbləri film ilə bağlı təəssüratlarını bölüşüblər. Çıxış edən tələbələr hər bir azərbaycanlının vətəni qorumağa borclu olduğunu, işğal atında olan torpaqlarımızı azad etmək üçün hər an döyüşə hazır olmağın vacibliyini qeyd ediblər.