Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.04.2016

Səbail rayonunda növbəti maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri, Səbail rayonu, “Həzrət Məhəmməd” məscidi dini icması tərəfindən “Azərbaycan bayrağı – milli-mənəvi sərvətimiz və bizi xarakterizə edən atribut”  layihəsi çərçivəsində 22 aprel 2016-cı il tarixdə növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov, “Həzrət Məhəmməd” məscidi dini icmasının sədri Xanmirzə Bağırov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı A.Məlikov Azərbaycan bayrağının ehtiva etdiyi dəyərlər haqqında geniş məlumat verib. Bayrağımızın bizim xalqın bütün mənəvi xüsusiyyətlərini özündə əks etdirdiyi dinləyicilərin diqqətinə çatdırılıb.
Daha sonra “Həzrət Məhəmməd” məscidi dini icmasının sədri Xanmirzə Bağırov maarifləndirmə tədbirinin əhəmiyyətindən söhbət açaraq ölkə rəhbərliyinə dini icmaya göstərdikləri dəstəyə görə öz təşəkkürünü bildirib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.