25.10.2016
Səbail rayonunda “Milli kimlik anlayışı” mövzusunda maarifləndirici tədbir keçirilib
Oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən Səbail rayonu İçərişəhər “Cümə” məscidi dini icması tərəfindən “Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu” layihəsi çərçivəsində “Milli kimlik anlayışı” mövzusunda ilk maarifləndirici tədbir keçirilib.
Səbail rayonu İçərişəhər “Cümə” məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşı Nuru İmanov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsrafil Kərimov, İçərişəhər “Cümə” məscidi dini icmasının sədri Surxay Məmmədli, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev məruzəsində milli kimlik anlayışı, milli-mənəvi dəyərlərimizin Azərbaycanın dövlət rəmzlərində əksi, milli birliyimizin təmin olunmasında dini dəyərlərin rolu ilə bağlı danışıb. C.Əliyev dövlətin dinə və dindarlara olan qayğısından bəhs edərək Azərbaycan gəncliyinin Vətənə, millətə və başqa xalqların nümayəndələrinə məhəbbət ruhunda tərbiyə olunmasında multikulturalizm siyasətinin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, İçərişəhər “Cümə” məscidi dini icmasının sədri Surxay Məmmədli, Qarabağ Seyid Ocaqları Birliyinin sədri Seyid Camal Əzimbəyli, din xadimləri mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
(33).jpg)
(20).jpg)
.jpg)