12.04.2016
Samux və Qusar rayonlarında layihələr uğurla icra olunur
Aprelin 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Samux rayon Samux şəhər müsəlmanları dini icmasının həyata keçirdiyi “Radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərimizdən istifadə ” layihəsi çərçivəsində “Radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Samux rayon Əhmədbəyli kənd tam orta məktəbində təşkil edilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, şöbənin əməkdaşı Rövşən Hacıyev, dini icmanın sədri İlham Məmmədov, Samux rayon İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova, Samux rayon İH-nin əməkdaşı Azər Əhmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Samux rayon İH-nin İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elnaz Cəfərova Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Samux rayonunda dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. Elnaz Cəfərova bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən silsilə maarifləndirmə tədbirləri həyata keçiriləcək. Tədbirdə çıxış edən DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev və şöbənin məsləhətçisi Rövşən Hacıyev layihə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin əhəmiyyətindən söhbət açaraq dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Tədbirdə çıxış edən Samux rayon Samux şəhər müsəlmanları dini icmasının sədri İlham Məmmədov radikalizmə qarşı mübarizə vasitələrindən danışıb.
Tədbirdə, həmçinin Samux rayon Əhmədbəyli kənd orta məktəbinin müəllimi Teyyub Bayramov , Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun atası Xaləddin İsgəndərov Dövlət Komitəsinin maarifləsahədə fəaliyyətini xüsusi ilə qeyd edərək, bu kimi tədbirlərin vacibliyindən bəhs ediblər.
Tədbirdə şəhidlərimizin xatirəsi hörmətlə yad edilib, onların ruhuna dualar oxunub.
* * *
Aprelin 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qusar rayonu Avaran kənd məscidi dini icması tərəfindən “İslam qardaşlıq dinidir” layihəsinin növbəti maarifləndirici tədbiri Qusar rayonu Avaran kənd tam orta məktəbində baş tutub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Ramin Xudayev və Elnur Ağasiyev, Qusar rayon İcra Hakimiyyəti başçısının Avaran kənd İƏD-i üzrə nümayəndəsi Sabir Fərzəliyev, Avaran kənd tam orta məktəbin direktoru Nurulla Davudov, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov, Avaran kənd məscidi dini icmasının sədri və üzvləri, ağsaqqallar, gənclər iştirak ediblər.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi R. Xudayev tədbiri açaraq maarifləndirici layihənin məqsədi barədə məlumat verib. O, qeyd edib ki, dini maarifləndirmə işinin gənclərlə aparılması qeyri-ənənəvi və radikal təriqətlərdən gənclərimizin uzaq durmaq üçün xüsusilə vacibdir.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı E.Ağasiyev Azərbaycanda ənənəvi İslam dininin tarixini və hal-hazırda yüksək səviyyədə olan dövlət – din münasibətlərini iştirakçıların diqqətinə çatdırıb. O, bildirib ki, İslam sözünün mənalarından biri də sülhdür, bütün bəşəriyyətin sülh və qardaşlıq şəraitində yaşaması bu dinin əsas qayələrindəndir.
QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanovun İslamda şəhidlik və Vətəni müdafiə haqqında danışaraq qeyd edib ki, bu gün Vətənimizi qoruyaraq şəhid olmuş həmvətənlərimiz ən uca mövqeyə yüksəliblər və daima qəlblərdə yaşayacaqlar. Mövzu ətrafında həmçinin Avaran kənd İƏD nümayəndəsi Sabir Fərzəliyevin fikirləri dinlənilib.
Qeyd edək ki, tədbirlər Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.

.jpg)
