Şamaxıda soyqırımı qurbanlarının xatirəsi anılıb
Martın 30-da Şamaxı şəhər “Cümə” məscidində 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Mərəhmət Mustafayev və Elşən Rüstəmov, Şamaxı və Qobustan rayonlarına daxil olan məscidlərin dini icma sədrləri, imamlar və mütəvəllilər iştirak ediblər.
Tədbir 31 mart soyqırımı qurbanlarının ruhuna Quran ayələrinin oxunması ilə başlanıb. Daha sonra çıxış edən natiqlər 1918-ci ilin mart qırğınlarının mahiyyəti, xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasəti barədə geniş məlumat veriblər. Qeyd olunub ki, azərbaycanlıların kütləvi şəkildə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Digər çıxış edənlər erməni şovinistlərinin törətdikləri vəhşiliklərdən söhbət açıblar.