Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.10.2016

Şamaxıda “Radikalizm və onun fəsadları” adlı dini maarifləndirici tədbir keçirilib

Oktyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə  Şamaxı rayonu Adnalı kənd məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Radikalizm və onun fəsadları” adlı dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, şöbənin baş məsləhətçisi Cavid Əhmədov, QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Adnalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asim Mahmudov,  dini icmanın sədri Ramil İsrayılov, dini icma üzvləri, Adnalı kənd tam orta məktəbinin direktoru Səxavət Nəbiyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm və onun fəsadları, dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, həmçinin, milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.