Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.05.2017

Şamaxıda narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin, Şamaxı Rayon İcra Hakimiyyəti və Şamaxı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şamaxı rayonu Sabir qəsəbə tam orta məktəbində “Cəmiyyətimizin sağlamlığı naminə narkomaniyaya qarşı birgə mübarizənin vacibliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbuhi Həsənov, Rayon Mərkəzi Xəstəxanasının Narkoloji kabinetinin həkimi İslam Ağayev, Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnur Babaşova,  eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnur Babaşova mövzu ilə bağlı çıxış edərək zərərli vasitələrə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov və Rayon Mərkəzi Xəstəxanasının Narkoloji kabinetinin həkimi İslam Ağayev narkomaniya və onun fəsadları, xüsusilə bu sahədə görülmüş işlər barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.