Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.10.2016

Şamaxıda “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” mövzusunda tədbir keçirilib

Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin birgə təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə”  mövzusunda Şamaxı şəhər S.M.Qənizadə adına 1 saylı tam orta məktəbində  dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Dövlət Təhlükəsizliyi Xidmətinin Şamaxı regional şöbəsinin əməkdaşları Ramil Zeynallı, Cavid Cabbarov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru Rahim Orucov, şəhər 1 saylı tam orta məktəbin direktoru Dilarə Rüstəmova,  məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli məruzəsində dini radikalizmlə mübarizədə dini maarifləndirmənin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, məhz ölkədə dini sahədə aparılan maarifləndirmə tədbirlərinin nəticəsi kimi radikalizm meyilləri kifayət qədər azalıb.
QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev ölkəmizin tarixi dini ənənələri və bu ənənələrin qorunmasının vacibliyindən bəhs edərək bildirib ki, həyata keçirilən bu kimi tədbirlərin əsas məqsədi xalqımızın min illərlə qoruyub saxladığı adət-ənənələri yeni nəsillərə ötürmək üçün təbliğat aparmaqdır.
Daha sonra mövzu ətrafında çıxış edən Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru Rahim Orucov dini radikalizmə qarşı mübarizə metodları və üsullarını tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.