22.06.2017
Şamaxıda "Məzhəblərarası vəhdət” adlı maarifləndirici tədbir keçirilib
İyunun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Məlikçobanlı kənd “Cümə” məscidi dini icmasının “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “Məzhəblərarası vəhdət” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Hüquq və qeydiyyat şöbəsinin tərkibində Kadrlarla iş sektorunun müdiri Xalid Məmmədov, Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, dini icmanın sədri Bariz Ağayev, dini icma üzvləri və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli layihə barədə geniş məlumat verib. O, dini icma tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin müsbət nəticələr verdiyini vurğulayıb.
DQİDK-nın Hüquq və qeydiyyat şöbəsinin tərkibində Kadrlarla iş sektorunun müdiri Xalid Məmmədov müsəlmanlar arasındakı birliyin günümüzün aktual mövzusu olduğunu bildirib. İslamın iki böyük məzhəbi arasındakı bəzi fərqliliklərin müzakirəsindən daha çox ortaq dini dəyərlər ətrafında birləşməyin vacibliyini vurğulayaraq bu işdə dini icmaların üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb.
Tədbirdə QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev məzhəblərarası vəhdət prinsipləri haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, Bakı şəhərindəki “Heydər” məscidində qılınan “vəhdət namazı” məzhəblərarası vəhdətin gücləndirilməsi istiqamətində bütün dünyaya verilmiş sülh mesajıdır.
Daha sonra Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, dini icmanın sədri Bariz Ağayev çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.
(51).jpg)
(194).jpg)