Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.08.2017

Şamaxıda maarifləndirici tədbir keçirilib

Avqustun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icması tərəfindən Çarhan kənd məscidində “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli,  Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı RİH başçısının Çarhan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Eldəniz Süleymanov, Çarhan kənd məscidinin imamı Cavid Seyfullayev, dindarlar və gənclər iştirak ediblər.
Çıxışlarda vəhdət anlayışı və onun İslam dinindəki yeri, eləcə də radikal fikirlərin təbliğinə qarşı vəhdət prinsipinin əhəmiyyəti haqqında geniş məlumat verilib. Həmçinin bildirilib ki, Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində də səyləri ilə dünyaya nümunə göstərir.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.