Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.06.2017

Şamaxıda maarifləndirici tədbir keçirilib

İyunun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icması “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “İslamda həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, dini icmanın sədri Ramil İsrayılov, dini icma üzvləri və gənclər iştirak ediblər.
İftar süfrəsi arxasında baş tutan tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli layihə çərçivəsində keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışaraq Ramazan ayının İslam həmrəylinin daha da gücləndirilməsi üçün böyük fürsət olduğunu vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev Ramazan ayındakı ibadətlərin birlik və bərabərliyin təmin edilməsində böyük rolu olduğunu qeyd edib.
Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, dini icmanın sədri Ramil İsrayılov İslamda həmrəylik ideyaları və çağırışları barədə məruzə ediblər. 
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.