Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.05.2017

Şamaxıda maarifləndirici tədbir keçirilib

Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Məlikçobanlı kənd “Cümə” məscidi dini icmasının “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində” layihəsi çərçivəsində “İslamda birlik və bərabərlik çağırışları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Məlikçobanlı kənd “Cümə” məscidi dini icmasının sədri Bariz Ağayev, Rayon İcra Hakimiyyəti (RİH) başçısının Məlikçobanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Şərafəddin Abdullayev, Şamaxı rayonu Adnalı kənd məscidi dini icmasının sədri və imamı Ramil İsrayılov, kənd tam orta məktəbinin müəllimi Yalçın İbadov, dini icma üzvləri və gənclər  iştirak ediblər.
Çıxış edənlər Azərbaycanda İslam dininin tarixi, ölkəmizdə mövcud tolerantlıq mühiti, eləcə də İslam həmrəyliyi barədə məlumat verib. Eyni zamanda İslamın sülh, əmin- amanlıq, birlik bərabərlik dini olması, müqəddəs dinimizin qayəsinin və mahiyyətinin də məhz bundan ibarət olması tədbir iştirakçılarının nəzərinə çatdırılıb.