Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.07.2017

Şamaxıda “İslamda həmrəylik” mövzusunda maarifləndirici tədbir keçirilib

İyulun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Mədrəsə qəsəbə məscidi dini icması tərəfindən “İslam sülh və həmrəylik dinidir” layihəsi çərçivəsində “İslamda həmrəylik” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı RİH başçısının Mədrəsə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fuad Abdulrazaqov, Mədrəsə qəsəbə tam orta məktəbinin  direktoru Ağamustafa Teymurov, dini icmanın sədri Əhməd Qasımov, dini icma üzvləri, müəllimlər və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli mövzu ilə bağlı çıxış edərək “İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunan tədbirlərin və bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.
QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev İslam dininin həmrəylik, dostluq və qardaşlıq dini kimi tolerant dəyərlərin daşıyıcısı olduğunu bildirib.
Daha sonra çıxış edən Şamaxı RİH-in nümayəndəsi İsmayıl Manafov, Mədrəsə qəsəbə tam orta məktəbinin direktoru Ağamustafa Teymurov, dini icmanın sədri Əhməd Qasımov İslamda həmrəylik ideyaları və çağırışları barədə məruzə ediblər. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.