Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.05.2019

Şamaxıda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Şamaxı şəhər “Cümə” məscidində “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri Mərəhmət Mustafayev və Elşən Rüstəmov, eləcə də dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasından, sosial-mənəvi həyatda həmrəylik çağırışlarının müstəsna rolundan danışılıb. Qeyd edilib ki, dövlətimizin yürütdüyü çoxşaxəli siyasətin əsas prioritet məsələlərindən biri də insanların hüquq və azadlığının təmin edilməsidir.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.