Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.02.2016

Şamaxıda “Gəncliyə ibrət olan keçmişimiz” adlı tədbir keçirilib

Fevralın 26-da Şamaxı şəhər “Cümə” məscidi mərkəz dini icmasının “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” layihəsi çərçivəsində “Gəncliyə ibrət olan keçmişimiz” adlı tədbir keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbə müdiri Rəhim Rəhimli, QMİ-nin səlahiyyətli nümayəndəsi, Şamaxı şəhər “Cümə” məscidinin imamı Mərəhmət Mustafayev, dini icma sədri Akif Hüseynov, Şamaxı şəhər Məmmədkərim Veyisov adına 6 saylı tam orta məktəbin rəhbərliyi, müəllim kollektivi, şagirdlər iştirak ediblər. Çıxış edən natiqlər Şamaxı rayonunda yaşayıb- yaratmış xalqımızın mütəfəkkir və ədibləri, onların  İslam dininə baxışları, Şamaxı şəhər “Cümə” məscidində fəaliyyət göstərmiş din xadimləri və onların gəncliyimizə örnək olacaq fəaliyyətləri haqqında geniş məlumat veriblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.