03.06.2016
Şamaxıda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib
İyunun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbində “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib. “Fitnə” filminin nümayişi ilə başlayan tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, Şamaxı rayon Psixoloqların dayaq məntəqəsinin sədri Elnarə Yaralıyeva, şəhər 2 saylı tam orta məktəbin direktoru İsgəndər Həsənov, müəllimlər və orta məktəb şagirdləri iştirak ediblər. Çıxış edən natiqlər “Fitnə” filminin nümayişinin gənclərin milli-mənəvi və dini dəyərlərimizə bağlılığının gücləndirilməsi, radikal dini qruplara qarşı mübarizə, o cümlədən ölkəmizdə mövcud olan tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Tədbirdə gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün bu tipli maarifləndirici filmlərin çəkilməsinin əhəmiyyəti vurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
.png)
.png)
.png)
.png)