18.02.2016
Şamaxıda “Gənclərimiz gələcəyimizdir” adlı tədbir keçirilib
Fevralın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı şəhər “Cümə” məscidi dini icmasının “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” layihəsi çərçivəsində “Gənclərimiz gələcəyimizdir” adlı tədbir təşkil edilib.Tədbirdə iştirak edən Şamaxı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin səlahiyyətli nümayəndəsi, Şamaxı şəhər “Cümə” məscidinin imamı Mərəhmət Mustafayev, dini icmanın sədri Akif Hüseynov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Cavid Əhmədov gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən, onların radikal təsirlərdən qorumağın yollarından danışıblar.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən həyata keçirilib.