Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.12.2016

Şamaxıda “Ənənəvi dindarlıq və radikalizm” adlı maarifləndirici tədbir keçirilib

Dekabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icmasının “Gənclərin radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “Ənənəvi dindarlıq və radikalizm” adlı maarifləndirici tədbir keçirilib.Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Əhmədov, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Adnalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Asim Mahmudov, dini icmanın sədri Ramil İsrayılov, Adnalı kənd tam orta məktəbin direktoru Səxavət Nəbiyev, dini icma üzvləri, müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlar zamanı gənc nəsillərə multikultural və tolerantlıq dəyərlərinin aşılanması, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, İslamda Vətən sevgisi, dini radikalizm və ekstremizm kimi mənfi ünsürlərin İslam dininə yad olması qeyd edilərək mövcud olan ənənəvi dindarlığın daha da möhkəmləndirilməsi, eləcə də radikal təsirlərin qarşısının alınması istiqamətində vacib məqamlar barədə geniş söhbət açılıb.
Sonda tədbir iştirakçıları bu tədbirlərin dini maarifləndirmə sahəsindəki əhəmiyyətini yüksək qiymətləndirərək təşkilatçılara öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.