01.10.2016
Şamaxıda “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər” mövzusunda regional tədbir keçirilib
Sentyabrın 30-da gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi və dini radikalizmə qarşı mübarizə məqsədi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı il üçün təsdiq edilmiş birgə Tədbirlər Planına uyğun olaraq Şamaxı şəhərində “Azərbaycanda ənənəvi İslam və xarici təsirlər” mövzusunda regional tədbir keçirilib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdir müavini Cahandar Əlifzadə və Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, Şirvan zonası üzrə gənclər və idman idarələrinin rəisləri və fəal gənclər iştirak ediblər.
Natiqlər çıxış edərək regional tədbirin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Çıxışçılar mövzu ilə bağlı tövsiyələrini verməklə yanaşı, eyni zamanda qeyd olunan sahədə gənclərin fəallığından, onların maarifləndirmə və təbliğat işi sahəsindəki rolundan, üzərlərinə düşən vəzifələrdən danışıblar.
Tədbirdə çıxış edən gənclər respublikamızda mövcud ənənəvi İslam dəyərlərinin düzgün təbliğinin aparılmasında və bu sahədə xarici təsirlərə qarşı mübarizənin gücləndirilməsində cəmiyyətimizin hər bir üzvünün, xüsusilə də gənclərin birgə fəallığının zəruriliyini qeyd ediblər.
Tədbirdə, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Fitnə” sənədli filmi nümayiş etdirilib.
(33).jpg)
(34).jpg)
.jpg)