Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.04.2016

Şamaxı və Ağsu rayonlarında maarifləndirmə tədbirləri keçirilib

Aprelin 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə  Şamaxı şəhər “Cümə” məscidi mərkəz dini icmasının “Milli-mənəvi dəyərlərin təbliğində gənclərin rolu” layihəsi çərçivəsində “Şamaxı Cümə məscidinin dünəni, bu günü və sabahı”adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, QMİ-nin səlahiyyətli nümayəndəsi, Şamaxı şəhər “Cümə” məscidinin imamı Mərəhmət Mustafayev, dini icmanın sədri Akif Hüseynov, dini icma üzvləri, Şamaxı şəhər E.Hüseynov adına 2 saylı tam orta məktəbinin müəllim kollektivi və şagirdləri iştirak ediblər. Çıxış edənlər Cənubi Qafqazın ən qədim məscid kompleksi olan Şamaxı “Cümə” məscidinin tarixi haqqında, 1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilərin burada yanğın törədərək təqribən 1700 günahsız insanın qətlə yetirilməsi barədə məlumat veriblər. 24 dekabr 2009-cu ildə Prezident  İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən məsciddə genişhəcmli və əsaslı təmir işləri başlanıldığı, 17 may 2013-cü il tarixində dövlət başçısının iştirakı ilə açılış mərasimi keçirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
***
Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ağsu şəhər Gənclər Evində Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının “Dindarların radikal təsirlərdən qorunması” layihəsi çərçivəsində “İslamda vətən sevgisi” adlı tədbir keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsininmüdir müavini-dini qurumlarla işin təşkilatçısı Mirqubad Orucov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Mirhəsənli Seyidkamil, QMİ-nin səlahiyyətli nümayəndəsi, Ağsu şəhər “Nuran Xatun” məscidi dini icmasının sədri Nurəddin İslamov, dini icma üzvləri, Ağsu şəhər 1 və 2 saylı orta məktəbin müəllim kollektivi və şagirdləri iştirak ediblər. Çıxış edənlər müqəddəs dinimizdə Vətən, torpaq sevgisi, o cümlədən şəhidlik zirvəsi haqqında geniş məlumat veriblər. 
Qeyd edək ki, tədbirlər Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.