Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.04.2021

Salyanda “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda onlayn seminar keçirilib

Aprelin 21-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Salyan rayonunda “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda onlayn seminar keçirilib.

Seminarda DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, Salyan Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Rəşad Kərimov, din xadimləri, dini icma sədrləri və gənclər iştirak ediblər.

Seminar başlamadan öncə Vətənin müdafiəsi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan  DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov  Azərbaycan xalqının tarix boyu başına gətirilən müsibətlərdən danışıb, müstəqilliyə və ərazi bütövlüyümüzə gedən yolda ağır itkilər verdiyimizi, ancaq heç zaman mübarizə ruhumuzu itirmədiyimizi vurğulayıb. Çıxışının sonunda hər bir xalqın gələcəyə olan ümidlərinin gənclər olduğunu və buna görə də gənclərin vətənpərvər ruhda yetişdirilməsinin ölkə üçün vacibliyini bildirib.

Daha sonra çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Vətən müharibəsi iştirakçısı Rəşad Kərimov Azərbaycan əsgərinin gücündən, Vətəninə, xalqına, üçrəngli bayrağına olan sevgisindən və Vətən müharibəsi iştirakçısı kimi müzəffər ordumuzun düşmən üzərindəki şanlı qələbəsindən danışıb. Həmçinin Rəşad Kərimov çıxışında ölkə başçısının qazilərə və şəhid ailələrinə diqqətindən və onlara göstərilən qayğıdan da söhbət açıb.

Tədbirdə çıxış edən Salyan rayonu din xadimləri Mahir Səlimov və Səməndər Xankişiyev şəhidlik mərtəbəsinin İslam dinində ən ali mərtəbə olduğunu bildirilib.