Salyanda “Narkomaniyanın fərdi və ictimai təhlükələri” mövzusu müzakirə olunub
Fevralın 20-də Salyan şəhəri 9 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsi və Salyan Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyanın fərdi və ictimai təhlükələri” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Salyan Rayon Gənclər və İdman idarəsinin rəis müavini Aqşin Qas;mov, Salyan rayon Mərkəzi xəstəxanasının Narkoloqu Seymur Sayılov, tam orta məktəbin direktoru Mahiyyə Həsənova, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, müəllim və məktəb şagirdləri iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, zərərli vərdişlər müasir dövrdə aktuallıq kəsb edir və bu gün həmin problemlərin həlli yollarından biri də yeniyetmə gənclərlə və məktəblilərlə vaxtaşırı maarifləndirmə işlərinin aparılmasıdır.

