Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.03.2017

Salyanda “İslam dini və tolerantlıq” layihəsi çərçivəsində tədbir keçirilib

Martın 3-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Salyan rayonu  Ərəbqardaşbəyli kəndi  “Keçmiş Ərəbbəbirxanlı”   məscidi dini icmasında “İslam dini və tolerantlıq” adlı layihə çərçivəsində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Hüquq və qeydiyyat şöbəsi tərkibində Kadrlarla iş sektorunun müdiri Xalid Məmmədov, Salyan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, dini icma sədri Əli Səfərov, dini icmanın üzvləri, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Dini icma sədri Əli Səfərov layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, milli-mənəvi dəyərlərin təbliği istiqamətində də tədbirlər həyata keçirilir.
Salyan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev keçirilən tədbiri yüksək qiymətləndirərək dövlətimizin dinə qayğısından, milli-mənəvi dəyərlərimizin təbliği işindən, tolerant və multikultural dəyərlərdən  söhbət açıb.
DQİDK-nın Hüquq və qeydiyyat şöbəsi tərkibində Kadrlarla iş sektorunun müdiri Xalid Məmmədov  keçirilən layihənin əhəmiyyətindən, dini ekstremizmin və radikalizmin multikultural cəmiyyətlər üçün fəsadlarından və təhlükələrindən danışıb. O, dövlət başçısının maarifləndirmə işləri aparmaq üçün icmalara maliyyə vəsaiti ayırmasını yüksək qiymətləndirib və ayrılmış vəsaitin icmaların gələcək fəaliyyətində aktivlik yaradacağına əminliyini ifadə edib.