Şriftin ölçüsü:

Saytın rəngi:

10.06.2015

Salyanda “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans başa çatıb

İyunun 10-da konfrans işini panellər formatında davam etdirib. “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda keçirilən paneldə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Yeni Azərbaycan Partiyasının  Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri  Əliheydər Zülfüqarov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Rəşad Cəbrayılov konfransda çıxış edərək, ölkəmizdə dövlət-din münasibətlərindən, tarixi tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən və dövlətin dinə qayğısından danışıb.
Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov  ölkədə dini radikalizmlə mübarizə çərçivəsində görülən işlərdən, dini maarifçilik işinin təşkili ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib. Gündüz İsmayılov gənclər arasında dini maarifləndirmənin güclənməsinin vacibliyini vurğulayaraq  bildirib ki, bu sahədə bölgələrdə dini maarifçilik işləri daha da gücləndirilir, yerlərdə gənclər arasında dini savadlılığın artırılması istiqamətində tədbirlər görülür.
Daha sonra Əliheydər Zülfüqarovun “Milli-mənəvi dəyərlərimiz və müasir gənclik” və Ruslan Əsgərovun “Milli-mənəvi dəyərlərimiz və ona qarşı təhdidlər” mövzularında məruzələri dinlənilib. Çıxış edənlər gənclərin maariflənməsi və radikal qüvvələrin təsiri altına düşməməsi üçün dini maariflənmənin aparılmasının, gənclərə, o cümlədən yeniyetmələrə milli-mənəvi dəyərlərimizin aşılanmasının vacibliyindən danışıblar.