24.02.2017
Salyanda dini maarifləndirmə tədbiri keçirilib
Fevralın 24-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Salyan rayonu “Ərəbqardaşbəyli” kənd məscidi dini icması tərəfindən “İslam dini və tolerantlıq” layihəsi çərçivəsində tədbir keçirilib.
Ərəbqardaşbəyli kənd məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbə müdiri Azər Sadıqov, Salyan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, dini icma sədri Əli Səfərov, icma üzvləri, ağsaqqallar, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.

Dini icma sədri Əli Səfərov layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, milli ənənəvi dəyərlərin təbliği istiqamətində də tədbirlər həyata keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov keçirilən layihənin əhəmiyyətindən, dini ekstremizmin və radikalizmin multikultural cəmiyyətlər üçün fəsadlarından və təhlükələrindən danışıb.
Salyan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev dövlətin dinə qayğısını və milli-mənəvi, eləcə də tolerant və multikultural dəyərlərin təbliği işini yüksək qiymətləndirib.
(19).jpg)
(35).jpg)
(56).jpg)
(89).jpg)
(22).jpg)