Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
24.09.2021

Salyanda “Azərbaycan xalqının tolerantlıq ənənələri” mövzusunda onlayn konfrans keçirilib

Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Sülh Aylığı" çərçivəsində “Azərbaycan xalqının tolerantlıq ənənələri” mövzusunda onlayn konfrans keçirilib.

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, Təhsil şöbəsinin nümayəndələri, ziyalılar və fəal gənclər iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, Azərbaycanda tolerantlıq ənənələrinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, tədbirdə xalqımızın tolerantlıq ənənələrindən danışılıb, dövlətimizin bu ənənələrə verdiyi önəm xüsusil ilə vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.