12.08.2016
Salyanda ''Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətini təşkili'' mövzusunda tədbir keçirilib
Avqustun 11-də Salyan rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ''Dini radikalizmə qarşı mübarizədə dini icmaların fəaliyyətinin təşkili'' mövzusunda seminar-treninq keçirilib.Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Tural Əliyev, bölgə qazısı Hüsni Həsənov, dini icma sədrləri, rayon ağsaqqalları, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.R.Cəbrayılov çıxışında dövlətimizin dinə qayğısından, ölkəmizdə mövcud olan tolerantlıq mühitindən və eləcə də ölkə rəhbərliyinin dindarlara qayğısından bəhs edib.
Daha sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Ə. Zülfüqarov geniş məruzə ilə çıxış edib.Ə.Zülfüqarov bildirib ki, dini icmalar öz fəaliyyətlərini gücləndirməli və iş prinsiplərini elə qurmalıdırlar ki, radikal dini cərəyan mənsubları onların buraxdığı nöqsanlardan yararlanıb öz təbliğatlarını edə bilməsinlər.Ona görə də dini icmalar radikal cərəyanlara qarşı mübarizədə maarifləndirici, preventiv, profilaktik və inzibati metoddan istifadə etsələr problemin həllində effektiv nəticələr əldə oluna bilər.
Keçirilən tədbirdə həmçinin, bölgə qazısı H. Həsənov, Mirəşrəf ağa məscidinin axundu Ağalar Sadıqov da çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.Respublikamızda tarixən heç vaxt milli və dini zəmində, məzhəblər arasında ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub.
.jpg)

.jpg)