Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.05.2021

Salyan rayonunda “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda online videokonfrans keçirilib

Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Salyan rayonunda “Vətənpərvərlik: milli və mənəvi dəyər kimi” mövzusunda videokonfrans keçirilib.

Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, Salyan rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin əməkdaşları, həmçinin gənclər iştirak ediblər.

Tədbirdə vurğulanıb ki, milli-mənəvi dəyərlərimizin Azərbaycan xalqının formalaşmasına təsiri ilə yanaşı, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır. Qeyd olunub ki, dini dəyərlərimizin, adət-ənənələrimizin dərindən öyrənilməsi və araşdırılması müasir cəmiyyətimizin prioritet istiqamətlərindən biridir.