Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
04.12.2015

Salyan rayonunda rayon dindarları ilə görüş keçirilib

Dekabrın 4-də Salyan rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə rayon dindarları ilə görüş keçirilib. Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Əliyev, RİH başçısı yanında şura üzvləri, nahiyyə qazısı Hacı Hüsnü,  dindarlar, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
RİH başçısının birinci müavini Etibar Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə İslam ənənələrinin inkişafı, dini tolerantlıq, multikulturalizm istiqamətində aparılan işlərdən, həmçinin, məscidlərimizin təmir və tikintisi sahəsində həyata  keçirilən tədbirlərdən danışıb. Salyan ictimaiyyətinin  “Müsəlman Birliyi Hərəkatı” adlandırılan qondarma qurumun təxribatçı əməllərini qətiyyətlə pislədiyini bildirib.
Tədbir iştirakçıları çıxış edərək bildiriblər ki, Azərbaycanda vətəndaş həmrəyliyi, dini tolerantlıq mövcuddur və bu, bütün dünyaya nümunədir. Ölkəmizdə ictimai-siyasi sabitlik və İlham Əliyevin bu sahədə qətiyyətli addımları xüsusi vurğulanıb.
Sonda rayon dindarları bir daha ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşdiklərini və ölkədə əmin-amanlığın qorunması yolunda ona dəstək olduqlarını bildiriblər.