Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.09.2017

Sahib olduğumuz dini dəyərləri qorumalıyıq

Sentyabrın 19-da Ağcabədi rayonu Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidi dini icması “İslam həmrəyliyi dövrün tələbidir” adlı layihə çərçivəsində ikinci maarifləndirici tədbirini keçirib.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti (RİH) başıçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidi dini icmasının sədri Süleyman Ağayev, Muğanlı kənd “Seyid İsmayıl Ağa” məscidi dini icmasının axundu Həsənxan Mənsimov, səhiyyə, mədəniyyət işçiləri və icma üzvləri iştirak ediblər.
İcma sədri Süleyman Ağayev tədbirin mahiyyəti barədə məlumat verərək bildirib ki, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi Prezident İlham Əliyevin müdrik, düşünülmüş və uzaqgörən addımı olub, istər ölkəmiz baxımından, istərsə də dünya miqyasında strateji əhəmiyyətə malikdir.
Ağcabədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi dövlətimizin dinlər və məzhəblər arası dialoqa verdiyi əhəmiyyəti göstərən çağırışdır.
Daha sonra çıxış edən DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov Azərbaycanda bütün dinlərə eyni münasibət göstərilməsindən danışıb.O qeyd edib ki, İslam sülh və əmin-amanlıq dinidir, müharibəyə qarşıdır. Ona görə də biz bu sahib olduğumuz dini dəyərləri qorumalıyıq.
 “Seyid İsmayıl Ağa” məscidi dini icmasının axundu Həsənxan Mənsimov və Köyük kənd sakini Şakir Quliyev də çıxışlarında mövzunun müasir dövrdə çox aktual olduğunu xüsusi vurğulayaraq belə tədbirlərin mütəmadi keçirilməsinin vacib olduğunu vurğulayıblar.
Tədbirin sonunda dinləyicilərin sualları cavablandırılıb və çay süfrəsi təşkil olunub.
Qeyd edək ki, maarifləndirmə tədbiri Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.