Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.02.2020

Şagirdlər “Narkomaniyanın mənəvi və fiziki zərərləri” mövzusunda maarifləndiriliblər

Fevralın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi, Nizami Rayon İcra Hakimiyyəti (RİH) və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Nizami rayonunda yerləşən 12 saylı  tam orta məktəbdə  “Narkomaniyanın mənəvi və fiziki zərərləri”  mövzusunda maarifləndirici  tədbir keçirilib.

Tədbirdə DQİDK Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov,  RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Nizami rayon 25-ci Polis şöbəsinin rəisi Elmir Hüseynov, Nizami RPİ-nin yetkinliyə çatmayanlar bölməsinin rəisi Natiq Yusubov, Nizami RPİ-nin əməkdaşları,  rayon Ağsaqqallar Şurasının üzvləri, eləcə də, məktəbin  müəllimləri və şagirdləri  iştirak ediblər. 

Çıxışlar zamanı narkomaniya ilə bağlı keçirilən tədbirlər, görülən profilaktiki işlər barəsində məlumatlar verilib. Narkomaniya və onun fəsadları, zərərləri barədə söhbət açılıb. Yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsinin önəminə toxunulub.

Sonda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.