29.02.2016
Sabunçuda “Vətən anlayışı və milli-mənəvi özünüdərk” layihəsi çərçivəsində tədbir keçirilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncam regionlarda uğurla icra olunur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icması tərəfindən “Vətən anlayışı və milli-mənəvi özünüdərk” layihəsi çərçivəsində fevralın 29-da maarifləndirici tədbir keçirilib.
Sabunçu rayonu Bakıxanov qəsəbəsi “İmam Rza” məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini Məhəmməd Əsədov, “İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov, Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu rayonu üzrə səlahiyyətli nümayəndəsi Musa Qasımov, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı A.Məlikov vətənpərvərliyin mahiyyəti, milli-mənəvi dəyərlərimizdəki yeri və rolundan bəhs edib.
Daha sonra Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini M.Əsədov Vətən sevgisi və onun Azərbaycan cəmiyyətindəki təzahürlərini vurğulayıb. Sonda “İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov və ziyalılar mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
.png)
.png)