Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.04.2018

Sabunçuda "Qeyri ənənəvi din, təriqətlər və onların mahiyyəti” mövzusu müzakirə olunub

Aprelin 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 12 saylı peşə liseyində “Qeyri ənənəvi din, təriqətlər və onların mahiyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov, Sabunçu RİH başçısı Aparatının İctimai-siyasi məsələlələr şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, liseyin direktoru Şahin Bəylərov, Bakı Dövlət Sosial Kollecin metodisti Sveta Behbudova,”İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirin əvvəlində “Şəhadət” sənədli filmi nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən Sabunçu RİH başçısı Aparatının İctimai-siyasi məsələlələr şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov dövlət-din münasibətləri ilə bağlı Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aslan Sultanov çıxışında gənclərin qeyri-ənənəvi təriqət və cərəyanlardan qorunması üçün maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini vurğulayıb. Natiq xalqımızın ənənəvi İslam dəyərlərinə hər zaman sadiq qaldığını vurğulayıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.