Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.07.2017

Sabunçuda maarifləndirici tədbir keçirilib

İyulun 7-də  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Sabunçu qəsəbə məscidi dini icması tərəfindən “İslam həmrəyliyi  dünyanı sülhə aparan yol”  layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Aslan Sultanov və Hatəm Gülməmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar  məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı  Ədalət Teymurov, Sabunçu qəsəbə məscidi dini icmasının sədri və axundu Zahir Mehdiyev, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan axund Z. Mehdiyev maarifləndirmə layihəsinin milli-mənəvi dəyərlərimizin təbliği işinə böyük töhfə verəcəyini qeyd edib.
Daha sonra çıxış edən Sabunçu RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən işlər haqqında məlumat verib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı H.Gülməmmədov İslam sivilizasiyasının əsas mərkəzlərindən biri kimi Azərbaycanda İslam həmrəyliyinin milli-mənəvi dəyərlərimizlə vəhdət təşkil etdiyini, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsini ölkəmizin  İslam dininə, müsəlman dünyasının həmrəyliyinə verdiyi yüksək dəyər olduğunu diqqətə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı A.Sultanov isə öz çıxışında vurğulayıb ki, ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə təşkil edilməsinin başlıca səbəbi bu münasibətlərin həmrəylik, tolerantlıq, multikulturalizm kimi dəyərlərlə sıx bağlılığıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq həyata keçirilib.